Bakıda güclü külək dayanacağı uçurdu - FOTOLAR

Bakıda güclü külək dayanacağı uçurdu - FOTOLAR
SOSİAL
10:54 17.01.2019
6204
Bakıda və Abşeron yarımadasında səhər saatlarından etibarən daha da güclənən külək bir sıra fəsadlar törədib.

AZXEBER.COM unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsində güclü külək dayanacağı uçurub. Güclü  külək dayanacağın üzərindəki şüşə lövhəni aşırıb, arxa tərəfə olan şüşəni isə qoparıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatına görə saat 09:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR