Bakının Nərimanov rayonunda bədbəxt hadisə zamanı 1 nəfər ağır xəsarət alıb.
AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.
1996-cı il təvəllüdlü Ağayev Fikrət Allahverdi oğlu marketə girmək istəyən zaman onun üzərinə dam örtüyü düşüb.
F.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.