Bakıda güclü yanğın başladı - FOTO

Bakıda güclü yanğın başladı - FOTO
SOSİAL
14:21 01.05.2018
4005
Bakıda güclü yanğın başlayıb. 

Paytaxtın İmran Qasımov küçəsində, "Azərbaycan" universitetinin arxasında yerləşən həyət evləri yanır. 

Saytın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının həcmi get-gedə böyüyür və digər evlər də təhlükə altına düşüb. Yarımtikililərin isə bir hissəsi artıq yanıb. Orada xeyli sayda həyət evlərinin olduğu bildirilir.
 
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. 
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  
 
İlkin məlumata görə, orada xeyli yarımtikili evlər olub ki, əhali ora zibil atırmış. Yanğın da həmin zibilxanadan başlayıb. 
 
///Lent.az
 

 


OXŞAR XƏBƏRLƏR