Bakıda güclü yanğın başladı - VİDEO

SOSİAL
13:54 27.09.2024
296
Bakının Xətai rayonu ərazisində, Xəzər TV-nin yaxınlığında yanğın başlayıb.

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. 

Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

***

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın hadisəsi Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verib. 

Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
 


 
OXŞAR XƏBƏRLƏR