Bakının Nəsimi rayonundakı Zoerge parkının yanında güclü yanğın baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, parkın arxa hissəsində baş verən yanğın qısa zamanda ərazini bürüyüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.