Bakıda güclü yanğın və partlayışla nəticələnən dəhşətli qəzanın görüntüləri - VİDEO

Bakıda güclü yanğın və partlayışla nəticələnən dəhşətli qəzanın görüntüləri - VİDEO
SOSİAL
14:45 03.01.2023
404
Qaradağda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, görüntülərdə 99-ZD-593 dövlət nömrə nişanlı "Mercedes” markalı yanacaqdaşıyan avtomobilin yolun kənarı ilə hərəkətdə olan 42-CB-514 dövlət nömrə nişanlı "KamAZ” markalı yük maşınına çırpılması əks olunub. 

Zərbənin təsirindən yanacaqdaşıyan yük maşını yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Bundan başqa, eyni istiqamətdə hərəkətdə olan 99-BH-926 dövlət nömrə nişanlı "Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü də qəzadan yayına bilməyib. 

Qəzadan sonra ərazidə güclü yanğın başlayıb. 

Həmin görüntüləri təqdim edirik:


OXŞAR XƏBƏRLƏR