Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu

KRİMİNAL
10:00 03.06.2020
1251
Bakıda mağaza gözətçisini qətlə yetirən şəxslər tutulub.

Hadisə iyunun 1-də səhər saat 6:00 radələrində baş verib. 

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən mağazanın anbarında orada işləyən Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işinə başlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

Qarət etdikləri 40 min manat, müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.
 
///Trend

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:21 11.07.2020

Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO

15:03 11.07.2020

Prezident icra başçısını işdən çıxardı

14:49 11.07.2020

"Kaş yanımda olardın səni qoxlayardım" - Qızı Xanım Qafarovanı andı - FOTO

14:41 11.07.2020

"Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur"

14:24 11.07.2020

Bundan sonra dayanma-durmaya görə DYP də cərimə yazacaq

14:07 11.07.2020

Bakıda eşidilməyən səs, tapılmayan çarə: Üfunət qoxulu yollardan keçmək macəraya çevrilib - VİDEOREPORTAJ

13:44 11.07.2020

35 dərəcəyədək isti olacaq - HAVA PROQNOZU

13:38 11.07.2020

Ədalət Vəliyevlə daha bir partiya sədri arasında görüş keçirildi

13:33 11.07.2020

Vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə aparılan deputatdan xəbər var

13:01 11.07.2020

Millimizin yeni baş məşqçisi: "Azərbaycana pul üçün gəlmirəm"

12:56 11.07.2020

Daha bir jurnalist koronavirusdan sağaldı

12:47 11.07.2020

Azərbaycanda dəhşətli qətl: İki qardaş əmilərini baltaladı

12:37 11.07.2020

Gələn həftədən Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

12:12 11.07.2020

Nizami rayonundakı parkda qanunsuz tikilən restoran söküldü - FOTO - VİDEO

11:59 11.07.2020

Kürdə batan daha bir nəfərin meyiti tapıldı

11:43 11.07.2020

Türkiyənin Antalya şəhərinə turist axını başlayıb