Bakıda hansı klinikalar 'soyğunçuluq'la məşğul olur? - SİYAHI

SAĞLAMLIQ
12:40 06.05.2013
27171

Kasıblar özəl klinikaların qapısından geri qayıdır...

Dövlət Statistika Komitəsi son olaraq, 2011-ci ildə əhalinin daha çox hansı xəstəliklərdən əziyyət çəkdiyini hesablayıb. Komitənin hesablamasına görə, əhali ən çox tənəffüs orqanları xəstəliklərindən (694 min 738 nəfər), həzm sistemi (118 min 278 nəfər), qan dövranı sistemi (113 min 702 nəfər), travmalar, zəhərlənmələr (107 min 6 nəfər), sinir sistemi (54 min 667 nəfər), hamiləlik, doğuş və zahılıq dövrünün xəstəliklərindən (46 min 97 nəfər) müalicə alıb. Bu xəstəliklərin müalicəsi dövlət xəstəxanaları ilə yanaşı, özəl klinikalarda da təklif olunur.

Qeyd edək ki, ölkədə 500-dən çox özəl klinika fəaliyyət göstərir.

Lamiyə Səfərli bel və ayaq ağrılarına görə özəl klinikalara müraciət edib. Amma müalicə qiyməti onu dövlət xəstəxanalarına yönəldib: “Sağlam Ailə” Tibb Mərkəzinə getdim. 15-20 - dəqiq xatırlamıram - manata həkimin qəbuluna yazıldım. USM aparatına görə 15 manat ödədim. Daha sonra qan analizi üçün geniş siyahı verdi. Təkcə analizlərə görə 250 manat ödəməli idim. Məcbur qalıb Tibb Universitetinin laboratoriyasına müraciət etdim. Orada da analizlərin hamısını götürə bilmədilər, çünki avadanlıq yox idi".

L.Səfərli yenidən özəl klinikaya müraciət edib və “Baku Medical Plaza”da tomoqrafiya üçün 94 manat ödəyib: “Belimdə 11 millimetrlik yırtıqla əməliyyat olundum. 750 manat əməliyyatın xərci oldu. Xəstəxanadan çıxandan 1 həftə sonra tikiş sökülməsinə getdik, ona da 5 manat verdik”.

Bir müddət özəl klinikada laboratoriya həkimi kimi çalışan Vüsalə Məhərova deyir ki, təkcə laboratoriyanın gündəlik 1000 manat qazancı olurdu. Onun sözlərinə görə, həmin klinika 3 məşhur həkimə görə açılmışdı və dar çərçivədə işləyirdi: “Klinikada müayinələr 20 manata aparılırdı, amma məşhur həkimlər 50 manata pasienti yoxlayırdı”. Qərara gəldik ki, Dövlət Statistika Komitəsinin açıqladığı ən çox tutulan xəstəliklərə görə özəl klinikalarda müayinə qiymətlərinə nəzər salaq. Onu da yaddan çıxarmaq olmaz ki, bu ölkədə minimum əmək haqqı 93,5 manat, muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 397,1 manatdır.

Mərkəzi Klinikada mədə-bağırsaq sisteminin müayinələri 21-168 manat aralığında dəyişir. Normal və keysəriyyə əməliyyatı ilə doğuş 1046 manatdan 1806 manata qədərdir. Mədə əməliyyatlarına isə 982 manatdan 2844 manata qədər pul lazımdır. Əməliyyatdan sonra reanimasiyada yatan xəstəyə həkim və tibb bacısının baxması üçün əlavə ödəmələr həyata keçirilir. Bu qiymət də 12-216 manat aralığında dəyişir. Xəstə stasionara köçürüldükdən sonra həkim və tibb bacısının xidmətlərinə görə 25-65 manat civarında pul verilməlidir. Klinikada tənəffüz orqanları xəstəliklərinin müayinəsi 127 manatdan 205 manata qədərdir. Burada USM-ə görə 17-81 manat pulunuz çıxacaq. Siz Mərkəzi Klinikadan Təcili Yardım maşınını iş günləri saat 9:00-dan-17:00-a qədər çağırmısınızsa, 43 manat, iş günü olsa da, gecə gəliblərsə, 53 manat, çağırış tətil və istirahət günlərinə təsadüf edirsə, gündüz 65 manat, gecə 85 manat ödəyəcəksiniz. Klinika xəstələrin başqa ölkələrə evakuasiyasını da təşkil edir. Türkiyə və Irana həkim müşahidəsi ilə getmək istəyirsinizsə, 1298 manatınızdan keçməlisiniz. Rusiyaya evakuasiya üçün 1622, Avropa ölkələrinə 2163, ABŞ-a 9450 manat ödəmələr tələb olunur.

Leyla Şıxlinskaya Klinikasından öyrəndik ki, burada bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin anesteziyası 50 manatdır. Hamilə qadın hamiləliyinin 30-cu həftəsinə qədər qeydiyyata düşsə, müayinələri 500-600 manata başa gələcək. Normal doğuş qiyməti 1200 manat, keysəriyyə əməliyyatı 1500 manatdır. Hamilə qadını gecə saatlarında və ya bayram günü doğuş sancısı tutsa, 100-200 manat arası əlavə pul ödəməli olacaq.

Avrasiya Klinikasında ürəyin kardioqramması 11 manat, EXO kardioqramma 40 manatdır. Mədə-bağırsaq müayinəsi 50 manatınızı alacaq. Qanın ümumi analizi 9 manat 50 qəpikdir.

AVA - Skandinaviya Klinikasında ana olmaq istəyənlər müayinə və müalicə olunur. Klinikada ultra-səs müayinələri 15 manatdan 100 manata qədərdir. Diaqnostik müayinələr 35-100 manat aralığında dəyişir. Qadınlara 10 manat qarşılığında Ana südü haqda təlim keçirilir.

“Xəzər” Klinikasından bildirdilər ki, burada stamatologiya və terapiya üzrə müayinələr təklif edirlər. Qiymətlər isə aparatlara və həkimə görə təyin olunur.

Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, respublikada özəl klinikaların sayı çoxdur, amma əksəriyyətində peşəkar həkimlər yoxdur: “Bu gün televiziyada özəl klinikaların reklamları gedir. Verilişlərə gələn həkimlər ağıllarına gələnləri danışırlar. O həkimlər özləri mütəxəssis deyillər”.

A.Qeybulla bildirir ki, qiymətlərin müəyyən olunmasına səbəb kimi göstərilən avadanlıqlar əslində, köhnəlmiş halda alınıb təzə adı ilə pasientlərə təqdim olunan alətlərdir. Mütəxəssisin sözlərinə görə, bu cihazlardan təşkil olunan laboratoriyaların düzgün analiz etməsinə şübhə var: “Laboratoriyaya baxanda bilirsən ki, burada təklif olunan xidmətləri göstərəcək imkan yoxdur. Hər bir özəl klinikanın əsasnaməsi olmalıdır. Orada konkret qeyd olunmalıdır ki, hansı xidmətləri göstərəcəklər”.

Səhiyyə Nazirliyindən isə bildiriblər ki, onlar özəl klinikaların qiymət siyasətinə qarışa bilməzlər. Amma Nazirlik daxilində olan komissiya özəl klinikalarda monitorinqlər aparır. Onlar avadanlıqların lisenziyası və pasientlərə göstərilən xidmətləri təftiş edirlər. Komissiya rəhbərliyi şəhərdə olmadığına görə onlarla son monitorinqlərin nəticələri barədə danışa bilmədik. Amma Komissiya axırıncı dəfə 2010-cu ildə açıqlama yayıb. Onlar həmin il 4 özəl klinikanı monitorinqlər nəticəsində bağlayıblar. Monitorinqlərin nəticələrinə görə, həmin müəssisələrin laboratoriyalarında müxtəlif növ analizlərdə istifadə olunan reaktivlərin əksəriyyətinin son istifadə müddəti bitib, istifadə olunan tibbi avadanlıq və cihazlar standartlara cavab vermir, onların respublikaya idxalına dair müvafiq sənədlər yoxdur. Bundan başqa, xəstələrə kifayət qədər baha başa gələn müayinələrin müasir deyil, vaxtı keçmiş aparatlarla həyata keçirildiyi müəyyən edilib. Bu da diaqnozunun düzgün qoyulmaması, aparılan müalicənin səmərəsizliyi anlamına gələ bilər. Amma bu klinikaların adları açıqlanmadı. Nazirlik işçiləri düşünürlər ki, bağlanan klinikaların adları açıqlansa, orada analiz verib, müalicə alan pasientlər təşvişə düşərlər.

Azadlıq.info

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb