Bakıda hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ

SOSİAL
15:29 20.10.2024
224
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR