Bakıda havanın temperaturu 20 dərəcəyədək enəcək - PROQNOZ

Bakıda havanın temperaturu 20 dərəcəyədək enəcək - PROQNOZ
SOSİAL
13:26 09.07.2017
1150

 

İyulun 10-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yarımadada havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz  29-34° isti,

Bakıda gecə  22-24° isti, gündüz  31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759  mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85 % , gündüz  55-65%  təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  31-36°, dağlarda gecə 10-15° isti, gündüz  20-25° isti olacağı gözlənilir.

 
///lent.az
OXŞAR XƏBƏRLƏR