Bakıda həbs olunan avtoritetlərin fotoları - onlardan biri polis rəisinin qardaşıdır

Bakıda həbs olunan avtoritetlərin fotoları -  onlardan biri polis rəisinin qardaşıdır
SOSİAL
12:05 30.04.2016
19619
Xəbər veridiyimiz kimi, aprelin 25-də Sabunçu rayonu, Sabunçu qəsəbəsində vağzal ərazisində fəaliyyət göstərən kafelərdən birində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı kriminal aləmə yaxınlığı ilə bilinən şəxslər həbs edilmişdi. Əməliyyatlar eyni zamanda Bakının bir neçə rayonunda da baş tutub. Əməliyyatlar zamanı kriminal aləmlə yaxın əlaqələri olan 30-dan çox şəxs həbs edilib. Əməliyyatların davamı olaraq aprel ayının 27-də Sabunçu rayonunda daha 3 nəfər həbs edilib.
Criminal.az əməliyyatlar zamanı həbs olunan şəxslərin fotolarını və onlar haqda maraqlı məlumatlar əldə edib. Həbs olunanlardan biri Sultan İsayevdir. O, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini Bəylər Əyyubovun bacısı oğlu Osman İsayavin əmisi oğludur. Bir müddət əvvəl o, Bakıda məhşur gecə klublarından birində dava zamanı O.İsayevlə birlikdə həbs olunmuş, sonrada osə azadlığa buraxılmışdı.
Digər həbs olunan isə ''Dana Vüqar'' ləqəbi ilə tanınan Vüqar Ağayevdir. ''Dana Vüqar'' Quba rayon yol polis şöbəsinin rəisi Rövşən Ağayevin qardaşıdır. Tutulanlar arasında ''Lotu Qulu''nun adamı, ''Pepi'' ləqəbi ilə tanınan Pərviz və ''Qusik'' kimi məhşur olan Hüseyndir. Onlar hazırda 1 saylı İstintaq təcridxanasındadır. Onlar Cinayət Məcəlləsinin müxtəli maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, əməliyyatların başlama səbəbi kimi Səbail rayonu Badamdar qəsəbəsində “Bulaq” restoranında baş verən silahlı qarşıdurma göstərilir. Restoranda baş verən silahlı insidentə görə 3 nəfər həbs edilib. Həmin şəxslərin Rövşən Lənkəranski ilə “Lotu Quli”nin adamları olduğu bildirilir. Məlumata görə, silahlı insidnetə səbəb tərəflər arasında “hesablaşma” olub. Hadisənin araşdırılmasından sonra hüquq-mühafizə orqanları hər iki tərəfin tərəfdarlarına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. Sabunçu vağzalında kafedə baş tutan əməliyyat zamanı həbs edilənlər “Lotu Quli”nin adamları olub. Onlara liderlik edən isə Namiq İbayev olub.
Əməliyyat baş tutmazdan bir neçə saat əvvəl Namiq İbayevin qardaşı Rəsul İbayev həbs edilibmiş. Rəsul İbayevin həbsindən sonra qardaşı Namiq İbayev və onun ətrafında olan şəxslər kafeyə toplaşaraq məlum hadisə ilə bağlı danışırmışlar. Bu zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları kafedə əməliyyat keçirib. Namiq İbayev və 10-a yaxın şəxs həbs edilib, bir neçə nəfər hadisə yerindən qaçıb. N.İbayevin “Mercedes” markalı avtomobilindən “Makarov” tapaçası və narkotik maddə olan heroin götürüldüyü bildirilir. Həmçinin əməliyyat zamanı N.İbayevin atası da həbs edilib. N.İbayev həbsdə olan kriminal aləmin nüfuzlu şəxslərə iş adamlarından və başqa şəxslərdən xərac toplayaraq onlara çatdırırmış. N.İbayevin digər qardaşı isə hüquq-mühafizə orqanlarından qaçaraq gizlənib. Hazırda onun axtarışı davam edir.
N.İbayevin “Batiya” ləqəbi ilə tanın bu qardaşı da kriminal aləmlə yaxın münasibətlərdə olub və bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Sabunçu rayonunda həbs edilənlərdən biri də Raqib adlı şəxs olub. O, əməliyyatlardan iki gün sonra yaşadığı mənzildən hüquq-mühafizə orqanlarının əməkdaşlarıl tərəfindən aparılıb. Rövşən Lənkəranskinin Bakıdakı adamı kimi tanına Şirxan adlı şəxs də Sabunçu rayonunda həbs edilənlər arasındadır. Onun böyük qardaşı hazırda Moskvada Rövşən Lənkəranskinin etibar etdiyi şəxslərədən biridir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
14:32 05.06.2026
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
14:24 05.06.2026
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik