Bakıda həbsxanada silahlı insident: əsgər yaralandı

Bakıda həbsxanada silahlı insident: əsgər yaralandı
SOSİAL
23:12 09.06.2018
9393
Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib: "Əsgərlərdən birinin  əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb”.
OXŞAR XƏBƏRLƏR