Binəqədi rayonunda dəhşətli cinayət törədən şəxsi tutmaq mümkün olub
Bakının Binəqədi rayonunda dəhşətli cinayət törədən şəxsi tutmaq mümkün olub. Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, martın 30-da saat 12 radələrində Bakı şəhər sakini Sarıyeva Yasəmən Qəşəm qızının üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı Binəqədi rayonundakı mənzilində aşkar edilib.
Bununla əlaqədar əlaqədar rayon prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib. Maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Müvafiq ekspertizalar təyin edilib.
Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Sevinc Hacıyeva tutulub. Qadın martın 29-da saat 23 radələrində Yasəmən Sarıyevnı kapron corabla boğaraq qəsdən öldürməkdə günahlandırılır.
S.Hacıyevaya Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.