Azxeber.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinə məxsus “N” saylı hərbi hissənin ərazisində 3 hektar sahədə quru ot yanıb. Yaxınlıqdakı sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.