Bakıda "Hilton" hoteldə yanğın - FOTO

Bakıda "Hilton" hoteldə yanğın - FOTO
SOSİAL
15:28 25.12.2018
4105
Bakıda hoteldə yanğın hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Neftçilər prospektindəki "Hilton" hoteldə baş verib.

Hotelin qazanxanasının tüstü bacasında qəfil yanğın baş verib.

Hadisə nəticəsində hoteldə olanlar təxliyə olunub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Qısa müddətdə yanğının qarşısı alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR