Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb

Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb
SOSİAL
12:40 27.05.2017
1265
Bakıda faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki hotellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR