Bakıda hotelin televizorları oğurlandı

Bakıda hotelin televizorları oğurlandı
SOSİAL
13:25 20.07.2024
141
Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, araşdırma nəticəsində oteldən 13 ədəd televizor və 3 mobil telefonun oğurlandığı məlum olub.

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR