Bakıda hovuzda gənc oğlan batdı

Bakıda hovuzda gənc oğlan batdı
SOSİAL
15:36 22.08.2017
748

Su hovuzunda 24-27 yaşlarında olan kişi meyiti tapılıb.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Abşeron Suvarma Sistemləri İdarəsinin ərazisində 1 nəfər su hovuzunda boğularaq batıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 24-27 yaşlarında olan kişi meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 11:50-də başa çatıb.

OXŞAR XƏBƏRLƏR