Bakıda hündürmərtəbəli binada güclü yanğın - FOTO

SOSİAL
14:48 26.01.2022
446
14:48 
Bakıda Təbriz küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində, Əliəşrəf Əlizadə küçəsi 61yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. 
 
Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, hadisə binanın ən üst mərtəbələrinin birində baş verib. Yanğının getdikcə gücləndiyi və digər evlərə də sıçradığı bildirilib. 
 
*** 
15:08 
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
***
16:12
Yanğın söndürüldü. 

 

OXŞAR XƏBƏRLƏR