Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO

Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO
SOSİAL
08:30 29.05.2019
2685

Bakının Yasamal rayonunda yanğın baş verib.

AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, hadisə Qurban Xəlilov küçəsi 18 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində qeydə alınıb.

Bildirilir ki, yanğın Rauf Hüseynova məxsus 4 otaqlı mənzilin mətbəxində yaranıb. Həmin vaxt evdə heç kim olmayıb. Ev sahibləri kondisioneri və paltaryuyanı işlək vəziyyətdə qoyaraq getdiyindən cihazlarda qısaqapanma baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və təcili tibbi yardım briqadası cəlb olunub. 12-ci mərtəbədə qeydə alınmış yanğın qaldırıcı qurğuların köməkliyi ilə söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.



OXŞAR XƏBƏRLƏR