Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçiriləcək

İQTİSADİYYAT
11:00 06.09.2013
1411

11 sentyabr tarixində Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçiriləcək.

AZXEBER.COM-un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi xəbərə görə, konfransa Avropanın müxtəlif ölkələrindən 40-a yaxın iş adamının qatılacağı gözlənilir.Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Avropa Palataları Assosiasiyasının (Eurochambres), Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə baş tutacaq.

OXŞAR XƏBƏRLƏR