Bakıda içərisində 44 min manat olan seyf oğurlandı

Bakıda içərisində 44 min manat olan seyf oğurlandı
SOSİAL
17:56 12.03.2020
2390
Bakıda oğurluq hadisəsi baş verib.

"Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsində yaşayan Y.Abdullayevin evindən içərisində 18 min ABŞ dolları (30 min 600 manat), 4 min manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Daha sonra Y.Abdullayev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR