Bakıda iki bacını avtomobil vurdu

Bakıda iki bacını avtomobil vurdu
SOSİAL
09:25 06.11.2017
857

Bakının Binəqədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Azadlıq prospektində, 115 saylı orta məktəbin qarşısından yolun digər tərəfinə keçmək istəyən 1998-ci il təvəllüdlü Şahmalıyeva Aysel Vaqif qızı və 2001-ci il təvəllüdü Şahmalıyeva Elmina Vaqif qızını minik avtomobili vurub.

Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.

Sürücü saxlanılıb.


OXŞAR XƏBƏRLƏR