Bakıda iki dost arasında dava qanla bitdi

Bakıda iki dost arasında dava qanla bitdi
SOSİAL
10:50 31.12.2023
229
Bakının Sabunçu rayonunda gənc oğlana çoxsaylı bıçaq zərbələri vurulub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, iki dost arasında dava qanla bitib.

Belə ki, 2003-cü il təvəllüdlü Qiyas Süleymanov dava zamanı dostu tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müxtəlif yerlərində 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Qeyd edək ki, Q. Süleymanovun yaxınlarından aldığımız məlumata görə, bıçaqlanma söyüş üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR