Bakıda iki qadın arasında dava düşüb: Bıçaqlananlar var

Bakıda iki qadın arasında dava düşüb: Bıçaqlananlar var
SOSİAL
09:15 10.07.2024
140
Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Lalə Qiyas qızı Vəliyeva rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Valeh Məmməd oğlu Məmmədov da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
OXŞAR XƏBƏRLƏR