Bakıda iki qardaşa 250 min dollar "atdılar"

SOSİAL
17:28 08.07.2016
1775

Bakıda iki qardaşa qarşı külli miqdarda dələduzluq edilib.

"Report" bildirir ki, 35 yaşlı Xəyal Ələddin oğlu Namazov və qardaşı, 37 yaşlı Nürəddin Ələddin oğlu Namazov hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2015-ci ilin iyul ayında paytaxt sakini, 1987-ci il təvəllüdlü Namiq Bəhlul oğlu Yusifov onları aldadaraq 245 min ABŞ dolları və 10 min manat pullarını alıb və geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR