Bakıda iki sərnişin avtobusu toqquşdu - Xəsarət alanlar var

Bakıda iki sərnişin avtobusu toqquşdu - Xəsarət alanlar var
SOSİAL
10:42 24.07.2023
194
Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

"İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.
Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR