Bakıda iki yaşlı uşaq beşinci mərtəbədən yıxıldı

Bakıda iki yaşlı uşaq beşinci mərtəbədən yıxıldı
SOSİAL
15:12 09.09.2019
2395

Suraxanı rayonunda iki yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.

AZXEBER.COM-un məlumatına görə, hadisə sentyabrın 7-də, 19:00 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1V ünvanında baş verib. 

2016-ci il  təvəllüdlü Hüseynova Ayan Elnur qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. 

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR