Bakıda ikimərtəbəli ev yanır- VİDEO

Bakıda ikimərtəbəli ev yanır- VİDEO
SOSİAL
10:59 03.10.2024
224
Bakıda ikimərtəbəli ev yanır.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR