Bakı şəhərində ikimərtəbəli evdə yanğın olub.
Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Suraxanı rayonunda ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.










































