Bakıda İlham Əliyevin sədrliyi ilə konfrans keçirilib

Bakıda İlham Əliyevin sədrliyi ilə konfrans keçirilib
12:20 20.06.2012
1215
İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Dövlət başçısı əvvəlcə Dövlət Proqramının birinci ili çərçivəsində Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış oldu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dövlət Proqramının birinci ili çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi. Dövlət başçısı konfransı giriş nitqi ilə açdı. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi Oqtay Sadıqov, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəsi Vahid Daniyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov Dövlət Proqramının birinci ili ərzində görülən işlər barədə məlumat verdilər.
OXŞAR XƏBƏRLƏR