2017-ci il sentyabrın 30-u tarixində
Dreamland Baku Golf Villas&
Residences-də son zamanların trendi
olan influencer marketinqinə həsr
edilmiş tədbir keçiriləcək.
Influencerlər sosial mediada yaranan
fikirlərə əsas istiqamət verənlər hesab
olunur və buna görə də brendlər öz
kommunikasiya layihələrinə
inlfuencerləri cəlb etməklə ciddi uğurlar
qazanırlar. Bloqerlər, məşhurlar,
jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və
digər auditoriya sahiblərini influencer adlandırmaq olar.
Regionda ilk dəfə keçiriləcək tədbirin əsas məqsədi brend və influencerləri bir araya
gətirmək və onları əməkdaşlığa təşviq etməkdir. 150 nəfərə yaxın şəxsin iştirak
edəcəyi "Influencer Day”-ə qonaqlar xüsusi dəvətnamə ilə qatılacaqlar.
Bu qonaqlara
top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media
nümayəndələri və şirkət rəhbərləri daxildir.
Rəsmi hissədə Sosial Era marketinqi, Keepface Influencer Marketing platforması,
Influencer və data analizi haqqında maraqlı təqdimatlar ediləcək. Daha sonra isə
qonaqları maraqlı panel müzəkirəsi gözləyir. Müzakirələr zamanı qonaqlar onları
maraqlandıran sualları panel iştirakçılarına ünvanlaya biləcəklər. Tədbirin ən
əhəmiyyətli hissəsi isə influencerlərin mükafatlandırılması olacaq. Onlar öz influencer
fəaliyyətləri və brendlərlə əməkdaşlıq haqqında təəssüratlarını bölüşəcəklər.
Tədbir Dreamland Baku Golf Villas& Residences - də yerləşən villalara, qolf
meydançasına tur ilə davam edəcək. Daha sonra qeyri-rəsmi hissə başlayacaq.
Burada isə qonaqlar şam yeməyinə dəvət olunacaq.
Tədbirin təşkilatçısı Keepface DMCC şirkətidir. Dreamland Baku Golf Villas &
Residences şirkəti tədbirin baş sponsoru və Bakcell şirkəti tədbirin rəsmi telekom
tərəfdaşıdır. Tədbirin digər sponsorları Chelebi, Hooki Cafe, Az-Granata, Vitam və
Trade Mark Leo Burnett Azerbaijan şirkətləridir.
