Bakıda 18 yaşlı gənc özünü binadan atdı - RƏSMİ AÇIQLAMA

Bakıda 18 yaşlı gənc özünü binadan atdı - RƏSMİ AÇIQLAMA
SOSİAL
15:26 02.06.2024
330

Bakının Günəşli qəsəbəsində imtahandan kəsildiyi üçün intihar edən şagird vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) medianın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:11-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V Massivindən bir nəfərin intihara cəhd etməsi səbəbi ilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Təcili tibbi yardım hadisə yerinə çatdıqda təxminən 18 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

Yenilənib:

İmtahandan kəsilən şagird özünü yaşadığı binadan atıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib. 

Hadisə binada yaşayan sakinlər tərəfindən görüntülənib.
OXŞAR XƏBƏRLƏR