Bakıda xarici ölkə vətəndaşının meyiti tapılıb.
Hadisə Port Baku Residence-dəki otaqlardan birində baş verib. Paytaxtda fəaliyyət göstərən xarici neft şirkətlərindən birində işləyən Böyük Britaniya vətəndaşı, 1960-cı il təvəllüdlü Con Holsted Friman öz otağında hələlik dəqiqləşməmiş səbəbdən vəfat edib. Onun üzərində zorakılıq əlaməti aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
///Lent.az