Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
SOSİAL
22:34 08.09.2019
9137
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə daxil olaraq intihara cəhdin qarşısını alıblar.
OXŞAR XƏBƏRLƏR