Bakıda ‘iPhone6’nın qiymətini qaldırdılar – SƏBƏBİ

İQTİSADİYYAT
15:37 21.08.2015
3722

Bu brendin Azərbaycandakı rəsmi distribüteri bir müddət əvvəl gətirdiyi malları artıq yeni qiymətlə satışa çıxarıb.

Bu barədə Sputnik-ə Alma Store-dən bildiriblər.

Məlumata görə, əvvəllər 900 manata satılan iPhone 6 (16 GB) hazırda 1198 manata satılır.

“Qiymətlərin bahalaşması Azərbaycana gətirilən Apple məhsullarının pərakəndə qiymətlərinin artması – xərclər 30%-dən çox yüksəlib – həmçinin Azərbaycanda gömrük rüsumları şərtləri ilə əlaqədardır. Bu, təkcə Apple məhsullarına aid deyil. Tezliklə Azərbaycana gətirilən bütün elektron mallar, həmçinin texnika kəskin bahalaşacaq”, - deyə, agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, xaricdən mal almaq istəyən istehlakçı həmin məhsulun ümumi dəyərinin 36%-i ölçüsündə gömrük rüsumu ödəməlidir.

Paytaxtın digər mağazalarında iPhone 6 smartfonunun satışda olmadığını bildirsələr də, tezliklə məhsulun gətiriləcəyi və yeni qiymətlə satışa çıxarılacağını da vurğulayıblar.

Köhnə partiyadan olan iPhone 6 smartfonları mağazalarda əvvəlki qiymətlərlə satılır. (oxu.az)

OXŞAR XƏBƏRLƏR