Bakıda iranlı iş adamını girov götürən gecə klubunun sahibi həbs olundu

Bakıda iranlı iş adamını girov götürən gecə klubunun sahibi həbs olundu
SOSİAL
16:23 05.09.2018
2939
İran İslam Respublikası vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan məhrum edilməklə döyülərək xəsarət alması barədə müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb.

Bakı şəhər prokurorluğunun mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan xəbərə görə, araşdırma zamanı mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin şəriki R.Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertiza təyin edilmiş və zəruri istintaq hərəkətləri aparılıb.

D.Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
18:32 06.07.2026
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
18:22 06.07.2026
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
18:09 06.07.2026
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
17:58 06.07.2026
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
17:57 06.07.2026
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
17:47 06.07.2026
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
17:36 06.07.2026
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
17:34 06.07.2026
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir