Bakıda İraq-Azərbaycan Hökumətlərarası Komissiyasının birinci iclası keçirilir

İQTİSADİYYAT
11:57 04.12.2013
1434

Bakıda Azərbaycan Hökuməti və İraq Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçirilir.

AZXEBER.COM xəbər verir ki, iclasda çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları nazir Əli Abbasovqeyd edib ki, iki ölkə arasında münasibətlər 40 ildən çoxdur ki, davam edir.Nazir iki ölkə arasında münasibətlərin inkişafı üçün baza olduğunu bildirib.O, Azərbaycan iqtisadiyyatı barədə məlumat verərək əlavə edib ki, artıq Azərbaycanda yeni iqtisadi inkişaf başlayıb ki, bu da neft asılılığını azaltmağı və qeyri neft sektorunu, innovasiya yönümlü iqtisadiyyatın artırılmasını nəzərdə tutur.Nazir iki ölkə arasında hökumətlərarası komissiyanın yaradılmasının böyük əməkdaşlıq üçün başlanğıc ola biləcəyini qeyd edib.İclasda çıxış edən İraqın rabitə və əyalət işləri naziri Torhan Müder Həsən Əl Müftibildirib ki, bugünkü komissiya gələcəkdə böyük əməkdaşlığın təməli olacaq.

OXŞAR XƏBƏRLƏR