Bakıda işçi müdirin 70 min dollarını necə oğurladı? - PLANIN DETALLARI

Bakıda işçi müdirin 70 min dollarını necə oğurladı? - PLANIN DETALLARI
SOSİAL
13:03 08.06.2018
7228
Bakıda mənzildən külli miqdarda pul oğurlanması hadisəsi ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, evindən 70 min dollar oğurlanan Şamil Şirinov biznesmendir. Oğurluğu təşkil edən Elgün Yusifov isə Şamil Şirinovun işçisi olub.

Belə ki, bir neçə gün əvvəl Elgün Yusifov müdirində külli miqdarda pul olduğunu və həmin vəsaiti evinə qoyduğunu bilib. O, dərhal qayını Elşad Namazova bu barədə məlumat verib və cinayət planı hazırlanıb. Onlar evə girmək üçün Kəlbəcər sakini Röyal Sabirli ilə razılaşıblar.

Şamil Şirinovun evinə də sövdələşmə üzrə Röyal girib və o, götürdüyü pulu işi təşkil edənlərlə birgə bölüb.

Dəstə üzvləri pulun bir hissəsini xərcləsə də, böyük qismi əməliyyatçılar tərəfindən aşkar edilərək götürülüb 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

OXŞAR XƏBƏRLƏR