“Bakıda işləyib hazırda rayonda olan şəxslər də bu gündən buraxılmayacaq”

“Bakıda işləyib hazırda rayonda olan şəxslər də bu gündən buraxılmayacaq”
SOSİAL
11:38 29.03.2020
3072
"Bakı qeydiyyatında olan, amma hazırda rayonda olan şəxslərin Bakıya girişi bu gündən tam dayandırılır”.

AZXEBER.COM xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, yalnız istisna hal təşkil edən şəxslər Bakı, Sumqayıt və Abşerona buraxılacaq:

"Bunlara sosial işçiləri, kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan şəxsləri misal göstərə bilərik. Amma Bakıda daimi işləyən, Bakıda qeydiyyatında olan şəxslər də Bakı, Sumqayıt və Abşerona buraxılmayacaq. Çünki öncədən əhaliyə elan edilmişdi ki, pandemiya var, ölkədə yayılma riski böyükdür. Buna görə də bayram üçün rayonlara getməsinlər. Daha sonra da onlara geri qayıtmaq üçün martın 28-dək vaxt verilmişdi. Artıq hər bir rayonun çıxışında postlar qurulduğu, rayonlararası nəqliyyatın hərəkəti dayandırıldığı üçün həmin şəxslər karantin rejimi müddətində olduğu yerdə qalmalıdırlar.

Həmin şəxslər şəxsi maşınları ilə də Bakıya buraxılmayacaqlar. Çünki bütün növ nəqliyyat vasitələrinin hərəkəti rayonlararası dayandırılır”.

K.Əliyev bildirib ki, rayonların çıxışında postların qurulmasından sonra əvvəldən Ələt qəsəbəsi, Şamaxı yolu və Quba yolu üzərində qurulan postlara təsadüfi maşınlar gəlib çıxır:

"Artıq bu postların iş yükü azalıb, həmin postlardan maşınların geri qaytarılması halları müşahidə olunmur. Çünki bu postlara rayon postlarından buraxılan istisna hal təşkil edən avtomobillər gəlib çıxır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO