Bakıda istədiyi qızla evlənə bilməyən gəncin acı sonu

Bakıda istədiyi qızla evlənə bilməyən gəncin acı sonu
00:09 03.02.2013
3903

Eşidənləri kədərləndirən sevgi dramı...

Bakıda nakam sevgi ölümlə bitib. Valideyn müdaxiləsi gənc oğlanın ömrünü yarıda kəsib.

Dünən Nərimanov rayonunda, M.Məmmədov küçəsindəki evlərdən birində yaşayan 26 yaşlıEmin Vəliyevin ölümü eşidən hər kəsi kədərləndirib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Emin Vəliyev özünü yaşadığı evin həyətində öldürüb.

Taksi fəaliyyəti ilə məşğul olan gənc özünü elə avtomobilinin təhlükəsizlik kəməri ilə su çəninin borusundan asıb.

Faktıla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalardan sonra gəncin özünə qəsd etməsinin səbəbi məlum olacaq.

E.Vəliyevin ölümü uzun müddət sevdiyi bir qızla birbaşa bağlıdır. Onunla evlənməyi planlaşdıran Eminin bütün planlarını qızın valideynləri alt-üst edib. Qızın ona verilməməsindən sarsılan Emin sevgisini özünü öldürməklə sübut edib.

Milli.az

OXŞAR XƏBƏRLƏR