Bakıda istintaq təcridxanasına daxil olan məhkumun üzərindən heroin tapılıb

Bakıda istintaq təcridxanasına daxil olan məhkumun üzərindən heroin tapılıb
SOSİAL
21:50 19.03.2018
1830

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, 1 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəzərov Asif Zakir oğlu müəssisəyə daxil olarkən üzərinə və əşyalarına baxış keçirilən zaman corabının içərisində gizlətdiyi 0.328 qram narkotik vasitə - heroin aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

///Report.az

OXŞAR XƏBƏRLƏR