‘Bakıda iğtişaşların həyata keçirilməsi yanlışdır’

‘Bakıda iğtişaşların həyata keçirilməsi yanlışdır’
12:21 28.01.2013
2047

“Bakıda keçirilən aksiyanın İsmayıllı camaatı ilə həmrəylik nümayiş etdirmək idisə, bunu ilk növbədə dövlət orqanları həyata keçiriblər”.

AZXEBER.COM-un məlumatına görə, bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc yanvarın 26-da keçirilən aksiyanı şərh edərkən deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən aksiyanın konkret məramı qeyi-müəyyən idi: “Baş verən hadisələrə konkret olaraq hüquq müstəvidə cavab verilib. Ölkənin sosial-iqtisadi həyatında müəyyən dəyişikliklər ediləcəksə burda da dövlətin siyasi qərarları daha önəmlidir. Bu istiqamətdə müəyyən addımların atılacağı da heç kəsdə şübhə doğurmur. Baş vermiş hadisələrlə əlaqədar olaraq Bakıda iğtişaşların həyata keçirilməsi yanlışdır".

Bundan əlavə aksiyanı keçirmək istəyənlərin öz aralarında da çox ciddi fikir ayrılıqları, narazılıqlar olduğu nəzərlərdən yayınmadı, deyən millət vəkili qeyd edib ki, aksiyada virtual təşkilatçılar mühüm rol oynamaq istəyirdilərsə, bu da özünü çox ciddi pərakəndəlik, xaotik qərarlar, biri digərini tamamlamayan mövqelər və.s meydana çıxarmaqla göstərdi: "Bu da faktdır ki, İsmayıllı hadisələri üzərindən Azərbaycanı Yaxın Şərq görkəmində təsvir etmək istəyən qüvvələr, beynəlxalq dairələr mövcuddur. Azərbaycan üçün hadisələrdən çıxarılacaq nəticələr xeyli fərqlidir. Başqa qüvvələr də seçki ili amilindən istifadə edərək siyasi temperaturun qaldırılması və radikal hərəkətlər etmək fikrində olan qüvvələr bu fikirlərindən daşınsalar onların da xeyrinə olar. Bu özlüyündə heç kəsin xeyrinə olmaz. Bolşevik üsulları ilə silahlanmaqla, kiminsə mülkünə od vurmaqla nəyəsə nail olunacağına inanmıram”.

OXŞAR XƏBƏRLƏR