Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turist tapılıb.
Minval.info xəbər verir ki, bu barədə APA-ya BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, martın 27-də saat 05:00 rdələrində itkin düşən daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer gecə saat 00.00 radələrində "Tarqovı” ərazisində tapılaraq ailəsinə təhvil verilib.