Bakıda itkin düşən 20 yaşlı qız tapılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə itkin düşmüş qız Müjgan Məmmədovanın anası A.Rüstəmova bildirib.
O bildirib ki, qızı M.Məmmədova rəfiqəsigildə olub, lakin bu barədə evə məlumat verməyib. Hadisə ilə bağlı polisə məlumat veriləndən sonra, qızı tapılıb.