Bakıda karantin qaydalarını pozan qəlyanxana aşkarlanıb - VİDEO

Bakıda karantin qaydalarını pozan qəlyanxana aşkarlanıb - VİDEO
SOSİAL
20:30 08.06.2020
885

Paytaxtın Nəsimi rayonunda Rayon Polis İdarəsinin əməkdaşları Mərdanov qardaşları küçəsində xüsusi karantin rejimi qaydalarını pozan qəlyanxana aşkarlayıblar.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, "Dadaşda” çay evində qaydalara zidd olaraq, qəlyan çəkilməsinə şərait yaradıldığı müəyyənləşib.

Nəticədə çay evinin sahibi və müştərilər saxlanılıb. Obyektin sahibi Emin Məmmədov 1500 manat, 5 müştərinin hər biri isə 100 manat məbləğində cərimələnib.


OXŞAR XƏBƏRLƏR