Bakıda katoliklər kilsədə dini ayin yerinə yetiriblər - VİDEO
Bütün Xəbərlər
18:53 25.12.2012
1091
Azərbaycanda da hər il olduğu kimi Milad bayramı keçirildi. Burada yaşayan xaricilər və xristian dininə mənsub olan insanlar katolik kilsəyə toplaşaraq bir-birilərini təbrik edib bir yerdə ayin dinlədilər.Katolik kilsəsinin keşişi Vladimir ata bu bayramın xristianlar üçün böyük önəm kəsb etdiyini və insanların bir-birinə tolerant yanaşmasında önəmli rol oynadığını qeyd etdi: “Demək olar ki, burada bütün yerlər dolu idi. Bura bayramı qeyd etmək üçün həm çoxlu xristian, həm də başqa dinə məsub olan insanlar gəlmişdi. Çoxusu bilmək istəyir ki, biz bu günü necə keçiririk. Bu gün katoliklər üçün hissiyatlı bir gündür, ona görə hamı gəlir”.Qeyd edək ki, bir həftə davam edən Milad bayramında insanlar bir-birinə hədiyyələr verir. Bu bayramda ənənəvi yeməklər bişirilir. Xüsusi çörək hazırlanır ki, bu, ailələrin birliyinin simvoludur. Milad axşamı hamı stol arxasında birgə əyləşməlidir. Ənənəyə görə masada 12 cür yemək olmalıdır. Bir çox ailələrdə isə gözlənilməz qonaq üçün boş yer saxlayırlar. Bayramda evlər xüsusilə bəzədilir. Bütün gecə Allaha dualar oxunur.Milad bayramı hazırda düyanın 100-dən çox ölkəsində rəsmi dövlət bayramı kimi qeyd olunur. Xristianlar məzhəblərindən asılı olaraq bu bayramı müxtəlif vaxtlarla qeyd edir.