Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qaldı

Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qaldı
İQTİSADİYYAT
15:39 13.05.2024
468
Azercell-in ev sahibliyi etdiyi "M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir.

May ayının 15-i "GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutacaq.  Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçiriləcək bu tədbir çərçivəsində 2 gün ərzində maraqlı məruzələrin və panel iclaslarının yer alması gözlənilir. Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin  rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.

Belə ki, "GSMA M360” rəqəmsal dövrün ən aktual tendensiyalarını bir daha gündəmə gətirəcək. Konfransda süni intellekt, kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması,  yeni nəsil şəbəkələr, yaşıl texnologiyar və s. mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin inkişaf edən əmək bazarına uğurlu adaptasiyası üçün lazımlı bacarıq və qabiliyyətlər  barədə maraqlı müzakirələr baş tutacaq.

COP29 ərəfəsinə təsadüf edən bu konfransda ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri də müzakirə olunacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, qlobal telekommunikasiya liderlərinin ESG prinsiplərinə riayət etmək üçün  gördüyü işlər,  rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq. Xatırladaq ki, COP29 Azərbaycanda cari ilin noyabr ayında keçiriləcək.
Qeyd edək ki, bu il  "GSMA M360 Eurasia 2024” konfransına Microsoft, Google, Amazon Web Services, World Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılacaq.

Yerlər limitli olduğundan tədbirdə iştirak etmək istəyən hər kəs öncədən GSMA M360 Eurasia  səhifəsində qeydiyyatdan keçməlidir.

"JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirə qatılın, gələcəyi formalaşdıran müzakirələrin bir parçası olun!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib