Bakıda keçmiş məhkum polisi yaraladı

Bakıda keçmiş məhkum polisi yaraladı
14:24 13.03.2013
932

Həmin şəxs barəsində xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb

Bakının Suraxanı rayonu ərazisində keçmiş məhkum polisi yaralayıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Arif Məhərrəmov nalayiq söyüşlər söyərək Əziz Əzizovu təhqir edib. Bu zaman çağırışa gələn polis əməkdaşı Hafiz Səfərova da xəsarət yetirib. A.Məhərrəmov polis tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb. Onu da əlavə edək ki, A.Məhərrəmov əvvəllər bir neçə dəfə məhkum olunub. Yaşadığı ərazidə ipə-sapa yatmayan adam kimi ad çıxarıb.

OXŞAR XƏBƏRLƏR