Bakıda keçmiş məhkum qohumunu güllələdi

Bakıda keçmiş məhkum qohumunu güllələdi
SOSİAL
11:03 30.08.2023
157
Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, evlərin birində odlu silahdan açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyev topuq nahiyəsindən xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev saxlanılıb, ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş "İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR